2015-ci ildə Pakistanda 637 terrorçu məhv edilib

2015-ci ildə Pakistanda 637 terrorçu məhv edilib
08:48 19 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


İslamabad, 19 dekabr, AZƏRTAC
2015-ci ildə Pakistanda 637 terrorçu məhv edilib, 710 nəfəri isə həbs olunub.
Bu barədə Pakistan Daxili İşlər Nazirliyinin məlumatında bildirilir. Məlumatda deyilir ki, terrorçular bu ilin yanvar ayında Pakistanda qəbul edilən Milli Antiterror Fəaliyyət Planı çərçivəsində əsasən qəbilələrin yaşadıqları ərazilərdə, həmçinin Bəlucistan, Pəncab və Sind əyalətlərində öldürülüb.
Qeyd olunur ki, bu il Pakistanda 14 terrorçu qrup qadağan edilib və bununla da ölkədə qadağan olunan terrorçu qruplarının sayı 61-ə çatıb.
Xatırladırıq ki, ötən ilin dekabr ayında Pakistanın Peşavar şəhərində terrorçuların hərbi məktəbə hücumu nəticəsində 132-si şagird olmaqla 150 adam qətlə yetirilmişdi. Bu qanlı hadisədən sonra Pakistanın Baş naziri Nəvaz Şərif ölkədə ölüm hökmünə tətbiq edilən qadağanın ləğv olunması haqqında qərar vermiş, terrorçulara qarşı əməliyyatlara başlanmışdı.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2015_ci_ilde_Pakistanda_637_terrorchu_mehv_edilib-912606

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR