Milli Məclis Azərbaycanın bir sıra ölkələrlə sazişlərini təsdiq edib

Milli Məclis Azərbaycanın bir sıra ölkələrlə sazişlərini təsdiq edib
13:03 30 Dekabr 2014
95 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclis bu gün keçirilən 2014-cü ilin son plenar iclasında Azərbaycanla bir sıra ölkələr arasında sazişləri təsdiq edib.

Trend-in məlumatına görə, əvvəlcə "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair" Saziş səsə qoyularaq təsdiq edilib.

Daha sonra "Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə" Kredit Sazişi müzakirə edilib. Müzakirələrdən sonra saziş Milli Məclis üzvləri tərəfindən təsdiq edilib.

Bundan əlavə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə təsdiq olunub.

Daha sonra "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında" Memorandum təsdiq edilib.

Milli Məclis üzvləri, həmçinin Avropa Şurasının immunitet və imtiyazları haqqında Baş Sazişə dair Altıncı Protokolunun, Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin, "Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında" Birgə Bəyannamənin və "Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında onun Azərbaycan Respublikası ərazisində yerləşməsi şərtləri haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələrini təsdiq ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR