Britaniya Avropa Birliyinə "bomba qoyur" - FOTO

Britaniya Avropa Birliyinə "bomba qoyur" - FOTO
10:05 19 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

"Britaniyanın Avropa Birliyində üzvlük şərtlərinə yenidən baxılmalıdır. Bunun üçün yetərincə imkanlar var və həmin prosesdə artıq yaxşı inkişaf qeydə alınıb".

Britaniyanın baş naziri Devid Kemeron Avropa Birliyinin sammitindən sonra belə deyib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, baş nazirin sözlərinə görə, qarşıda görüləsi işlər çoxdur.

"Sammitdəki sessiya Britaniyada Avropa Birliyinə üzvlüklə bağlı referenduma həsr olunmuşdu. İş ondadır ki, kompromisə yol olsa da, bizi normal qərarların qəbul edilməsi yolunda ağır iş gözləyir. Həmin işin böyük qismini Avropa Birliyinin fevralın 18-19-da keçirəcəyi sammitə qədər bitirməliyik", - D.Kemeron deyib.

Avropa Birliyi ölkələri isə Britaniyanın tələbləri ilə bağlı narahatlıq keçirirlər. Onlar Londonun Avropa Birliyində "daha əlverişli şərtlər" tələblərini yolverilməz sayır, hətta şantaj kimi dəyərləndirirlər.

Britaniya Avropa Birliyində üzvlüyü ilə bağlı şərtlərə yenidən baxılmasını tələb edir.

Baş nazir D.Kemeron Avropa Birliyindən Britaniya bazarlarını müdafiə etməyi, AB-nin rəqabət qabiliyyətinin artırılmasını, miqrantlara nəzarət sahəsində Londona əlavə səlahiyyətlərin verilməsini və ən başlıcası Britaniyanın Avropa Birliyi ilə "daha sıx əməkdaşlıq"dan qurtulmasına şərait yaradılmasını istəyib.

O daha sonra bildirib ki, Britaniyanın Avropa Birliyini tərk etməsi ilə bağlı referendum artıq 2017-ci ilin sonunadək keçirilə bilər.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR