Zaqatalada bədbəxt hadisə: 67 yaşlı kişi yanaraq öldü

Zaqatalada bədbəxt hadisə: 67 yaşlı kişi yanaraq öldü
10:14 19 Dekabr 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada qaz sobasının üstünə yıxılan 67 yaşlı kişi yanaraq ölüb.

 

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dekabrın 18-i axşam saatlarında Anar Həmidov küçəsi, ev 25 ünvanında kişi meyiti aşkarlanması barədə təcilli tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə gedən həkim briqadası ev sahibi, 1948-ci il təvəllüdlü Bəkir Şampir oğlu Bəkirovu yanmış meyiti ilə qarşılaşıb.

 

Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, ilkin ehtimala əsasən B. Bəkirov huşunu itirməsi səbəbindən yanar qaz sobasının üstünə yıxılıb.  Hadisə baş verən zaman evdə tək  və köməksiz vəziyyətdə olan Bəkir Bəkirov yanıq xəsarətləri alaraq hadisə yerində ölüb.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR