Naxçıvanda Dövlət Təhlükəsizlik Xidməti yaradıldı

Naxçıvanda Dövlət Təhlükəsizlik Xidməti yaradıldı
10:14 19 Dekabr 2015
476 Ölkə
Ölkə mətbuatı
A- A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması barədə fərman imzalayıb.

 

APA-nın məlumatına görə, V. Talıbovun sərəncamı ilə Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilərək Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov idi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225802

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR