Türkiyədə faciə: 18 nəfər öldü

Türkiyədə faciə: 18 nəfər öldü
10:32 19 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gecə Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda içərisində qeyri-qanuni miqrantların olduğu qayıq batıb.

APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, nəticədə 18 nəfər ölüb, 14 nəfər isə son anda xilas edilib.

Xilas edilənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Onların vəziyyətinin ağır olduğu bildirilir. Bodrumdan Yunanıstanın Kalimnos adasına keçməyə çalışdıqları bildirilən miqrantların Suriya, İraq və Pakistan vətəndaşları olması müəyyənləşib.

Bu hadisədən az sonra yerli polisə Bodrumda daha 20 miqrantın qanunsuz yollarla Yunanıstana aparıldığı barədə məlumat daxil olub. Hadisə yerinə gedən polis miqrantları və təşkilatçıları yaxalayıb. Məlum olub ki, təşkilatçılar adambaşına 3 min dollar alaraq, miqrantları köhnə qayıqla Yunanıstana aparmağı vəd ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR