Bakı-Qazax yolunda 3 qəza: xəsarət alanlar var

Bakı-Qazax yolunda 3 qəza: xəsarət alanlar var
10:54 19 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarındahavanın qatı dumanlı olması səbəbindən Bakı-Qazax magistralında yol-nəqliyyat hadisələri baş verib.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisində baş verən yol-nəqliyyat hadisələri zamanı 2 nəfər xəsarət alıb. Saat 07.00 radələrində “Qazel” markalı avtomobillə Hacıqabul rayonu Padar kəndində yola xidmət edən “Polat” şirkətinin fəhləsi, Oğuz rayon sakini, 1991-ci il təvəllüdlü İqrar Daşdəmirov vurulub.

 

Digər avtoqəza 08.30 radələrində Atbulaq kəndi ərazisində qeydə alınıb. “VAZ 21011” markalı avtomobilin aşması nəticəsində qadın sərnişin xəsarət alıb. 

 

Hər iki yol-nəqliyyat hadisəsində xəsarət alanlar Şirvan şəhər Xəstəxanasına çatdırılıb.

 

Digər avtoqəza isə saat 09.00 radələrində Muğan kəndi ərazisində qeydə alınıb. “Chevrolet Cobalt” markalı 10 PU 793 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmayıb.

 

Yol-nəqliyyat hadisələrinin baş verməsinə qatı dumanlı (görmə məsafəsi 40-50 metr) hava şəraitinin səbəb olduğu bildirilib.


Hər 3 faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225808

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR