Duman üç sürücünü qəzaya saldı, yaralılar var

Duman üç sürücünü qəzaya saldı, yaralılar var
11:05 19 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında havanın qatı dumanlı olması səbəbindən Bakı-Qazax magistralında yol-nəqliyyat hadisələri baş verib.

APA-nın məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisində baş verən yol-nəqliyyat hadisələri zamanı 2 nəfər xəsarət alıb. Saat 07.00 radələrində "Qazel" markalı avtomobillə Hacıqabul rayonu Padar kəndində yola xidmət edən "Polat" şirkətinin fəhləsi, Oğuz rayon sakini, 1991-ci il təvəllüdlü İqrar Daşdəmirov vurulub.

Digər avtoqəza 08.30 radələrində Atbulaq kəndi ərazisində qeydə alınıb. "VAZ 21011" markalı avtomobilin aşması nəticəsində qadın sərnişin xəsarət alıb.

Hər iki yol-nəqliyyat hadisəsində xəsarət alanlar Şirvan Şəhər Xəstəxanasına çatdırılıblar.

Digər avtoqəza isə saat 09.00 radələrində Muğan kəndi ərazisində qeydə alınıb. "Chevrolet Cobalt" markalı 10 PU 793 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmayıb.

Yol-nəqliyyat hadisələrinin baş verməsinə qatı dumanlı (görmə məsafəsi 40-50 metr) hava şəraitinin səbəb olduğu bildirilib.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR