“Azərbaycanla oyunu unutmağa çalışıram”

“Azərbaycanla oyunu unutmağa çalışıram”
11:32 19 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

"Yığmamızın seçmə mərhələdəki uğursuz çıxışının səbəbini axtarmağa cəhd də etməmişəm".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Rusiya millisinin azərbaycanlı futbolçusu Ramil Şeydayev deyib.

Rusiya mətbuatına müsahibə verən 19 yaşlı yarımmüdafiəçi AVRO-2017-nin semə mərhələsinin Azərbaycan yığması ilə Bakıdakı qarşılaşmasında 0:3 hesabı ilə uduzmalarına toxunub: "Azərbaycanla oyunu tez unutmağa çalışıram. Çünki irəli baxmaq lazımdır. Həmin matçdakı məğlubiyyətdən sonra yaşanan səs-küy mənə təsir etmədi. Başa düşmürəm ki, bütün bunlar nəyə lazım idi. Əğər kimisə yığmaya çağırmayıblarsa, bununla heç nə dəyişmir. Mənə elə gəlir ki, burada mətbuatın mənfi rolu oldu. Avropa çempionatının gümüş medalından sonra baş məşqçi Dmitri Xomuxanı qəhrəmana çevirdilər. Uğursuzluqdan sonra isə kürsüdən yerə atdılar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR