İstanbulda 100-dən artıq narkotik alverçisi saxlanılıb

İstanbulda 100-dən artıq narkotik alverçisi saxlanılıb
11:38 19 Dekabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda 5000-dən artıq polisin iştirakı ilə narkotik alverçilərinə qarşı xüsusi əməliyyat keçirilir. Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir ki, əməliyyat İstanbulun 39 rayonunu əhatə edib, artıq 113 narkotik alverçisi saxlanılıb. Bundan öncə bu cür əməliyyatlar Türkiyənin Adana, İzamir şəhərlərində və Diyarbəkir əyalətində keçirilib.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu bir müddət əvvəl bildirmişdi ki, ölkədə narkotik alverçilərinə qarşı mübarizə daha da gücləndiriləcək və onlar terrorçularla eyni sırada bilinəcək.

Son 4 ildə İstanbulda narkotik vasitələrdən istifadə və alverə görə 316466 nəfər saxlanılıb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR