Ümumdünya Ticarət Təşkilatı məişət texnikası və İKT məhsulları üçün rüsumları ləğv edəcək

Ümumdünya Ticarət Təşkilatı məişət texnikası və İKT məhsulları üçün rüsumları ləğv edəcək
11:51 19 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

2016-cı ilin iyulundan etibarən Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olan ölkələr məişət elektrotexnikası və informasiya-kommunikasiya texnologiyaları (İKT) məhsulları üçün vergi rüsumlarını ləğv etməyə hazırlaşır.  Təşkilat bununla bağlı üzv ölkələrlə saziş imzalayıb.

 
“ICTnews” elektron xəbər xidməti “www.osp.ru” resursuna istinadən yazır ki, rüsumların 7 il ərzində mərhələli şəkildə ləğvi nəzərdə tutulur.  Ləğv olunan elektrotexnika və İKT məhsulları sırasına 130 mal kateqoriyası daxildir ki, bu da idxalın ümumi həcminin təxminən 88 faizini təşkil edir. Bura oyun qurğuları, televizorlar və “GPS” qəbulediciləri, eləcə də mikroelektronika sxemləri daxildir.

2019-cu ilədək sazişin 95 faizinin həyata keçirilməsi, yeddi il sonra 201 məhsul kateqoriyasının (sensor ekranlar, telekommunikasiya peykləri, çap plata istehsalı vasitələri, bir sıra tibbi ləvazimatlar və s.) rüsumlardan azad olunması planlaşdırılır.  

“Digital Europe” Assosiasiyasının qiymətləndirməsinə görə, ləğv olunacaq rüsumların illik məbləği 50 milyard dollara yaxın olacaq ki, bu da  dünya ümumi daxili məhsulun həcmini 190 milyard dollar artırmağa imkan verəcək.
 
 
Nizam Nuriyev 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR