Bu gün Topaz Premyer Liqasında ilin son turuna start veriləcək

Bu gün Topaz Premyer Liqasında ilin son turuna start veriləcək
11:53 19 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Bu gün futbol üzrə Topaz Premyer Liqasında II dövrənin son turunun ilk oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, XVIII turun ilk qarşılaşması turnir cədvəlinin autsayderləri “Sumqayıt” və “Rəvan” komandaları arasında oynanılacaq.
Bu görüş qonaqlar üçün fasiləyə sonuncu pillədə yollanmamaq baxımından əhəmiyyət daşıyır. Hazırda səkkizinci pillədə qərarlaşan “Sumqayıt” qələbə qazanarsa bir sıra yüksəlmək imkanı olacaq.
Günün və turun mərkəzi görüşündə “Qarabağ” və “Qəbələ” qarşılaşacaq. Hər iki komanda son zamanlar qeyri-sabit çıxışı ilə seçilir. “Qarabağ” son iki görüşdə qələbə qazana bilməyib, “Qəbələ” isə ikinci dövrədə cəmi bir oyundan qalib ayrılıb. Hazırda 37 xala malik Qurban Qurbanovun komandası fasiləyə qış çempionu kimi yollanır. Baş məşqçi Roman Qriqorçukun komandası isə son görüşlərini uğursuz başa vurduğundan 27 xalla 4-cü pilləyə enib. Qonaqlar qələbə qazanacağı təqdirdə ən azı bir günlük ikinci sıraya qayıda bilərlər. Məğlubiyyət isə “Qəbələ”ni beşinci pilləyə endirə bilər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_gun_Topaz_Premyer_Liqasinda_ilin_son_turuna_start_verilecek-912625

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR