"Android" qurğularının 94 faizi təhlükədə

"Android" qurğularının 94 faizi təhlükədə
11:57 19 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Trend Micro Incorporated" şirkəti hesabatında 2015-ci ilin üçüncü rübü üzrə mobil platformaların informasiya təhlükəsizliyi ilə bağlı icmalını  təqdim edib.

Milli.Az xeberler.az-a istinadən xəbər verir ki, şirkətin nümayəndəsi bildirib ki, mobil qurğu istifadəçiləri kibercinayətkarların hədəfindədirlər. Hakerlər "Android" və "iOS" platformalarında aşkarlanan boşluqlardan istifadə edirlər ki, bu da hər iki platformada zərərli proqramların aktiv artımına səbəb olur.

Android mobil əməliyyat sistemində multimedia fayllarının skan edilməsi və aşkarlanmasına cavabdeh olan Mediaserver komponenti kibercinayətkarların diqqət mərkəzindədir.

"Trend Micro"nun ekspertlərinin qiymətləndirməsinə görə, kibercinayətkarlar yalnız cari rübdə bu xidmətdə ən azı 5 boşluq aşkar ediblər. "Apple" şirkəti isə sistemi qapalı edib və "App store" onlayn mağazasında mobil proqramların yerləşdirilməsi ilə bağlı ciddi siyasətə malikdir ki, bu da mobil proqramların təhlükəsizliyini təmin etməlidir. Ancaq məlum olub ki, belə mobil proqramlar, həmçinin riskə məruz qalırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/391474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR