BMT-nin Suriyaya dair qətnaməsində Bəşər Əsədin siyasi aqibətinə toxunulmayıb

BMT-nin Suriyaya dair qətnaməsində Bəşər Əsədin siyasi aqibətinə toxunulmayıb
12:48 19 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
BMT Təhlükəsizlik Şurasının Suriyaya dair planına əsasən Əsəd rejimi və müxalifət tez bir zamanda danışıqlar stolu arxasında oturmalıdır.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Suriyada sülh planını dəstəkləmək barədə qətnamə ən son məqama qədər müzakirə olunub.
Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılan sülh planı bir neçə həftə bundan əvvəl Vyanada qəbul edilib. Lakin amerikalıların hazırladığı qətnamə layihəsi Rusiyanı razı salmayıb. Nəticədə səsvermənin baş tutması üçün bəzi mövzular, məsələn Bəşər Əsədin siyasi aqibəti, həmçinin Suriya müxalifətindən kimin terrorçu qəbul edilməsi ilə bağlı məsələlər təxirə salınıb və iclasda müzakirə olunmayıb.
Sülh planına əsasən Suriyada münaqişə tərəfləri 2016-cı il yanvar ayının əvvəlindən etibarən danışıqlar masası ətrafına toplanmalı, 6 ay ərzində keçid hökuməti qurulmalı və 18 aydan gec olmayaraq, yeni konstitusiya əsasında azad və ədalətli seçkilər keçirilməlıdır. Planda, həmçinin seçkilərdə bütün suriyalıların iştirakının təmin olunması, ölkənin gələcəyinin Suriya xalqı tərəfindən müəyyən edilməsinin vacibliyi vurğulanıb.
Suriya üzrə danışıqlar planının növbəti mərhələsinə gələn ilin yanvar ayında, sülhə doğru ilk addımlar atıldıqdan sonra keçilməsi razılaşdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_nin_Suriyaya_dair_qetnamesinde_Beser_Asedin_siyasi_aqibetine_toxunulmayib-912640

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR