Cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub

Cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub
12:48 19 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, üç gün davam edən turnirdə bütün çəki dərəcələrində qaliblər müəyyənləşib.
Yarışın son günündə Vüsal İbrahimov (55 kq), Paşa Əliyev (73 kq), İmran Yusifli (90 kq), Məhəmməd Abdullayev (90 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Ümumi komanda hesabında “Neftçi” (3 qızıl, 5 gümüş, 7 bürünc medal) birinci olub. “Qəbələ” 3 qızıl, 2 gümüş, 4 bürünc medalla ikinci, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası (3 qızıl, 2 bürünc) isə üçüncü pillədə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cudo_uzre_Azerbaycan_birinciliyine_yekun_vurulub-912639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR