Azərbaycan çempionu üçün 11 rəqib

Azərbaycan çempionu üçün 11 rəqib
12:52 19 Dekabr 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 2016/17 mövsümünün 11 iştirakçısı bəllidir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, başa çatmaqda olan 2015-ci ildə Avropanın 11 ölkəsinin çempionu bəlli olub.

Bu komandalar da növbəti mövsümdə qitənin ən nüfuzlu klub turnirində oynamaq hüququ qazanıb. Onlar bu yarışda iştirak edəcək Azərbaycan çempionunun potensial rəqibləri sayılır.

Lakin bu komandalardan ikisi - Estoniya və Farer adalarının təmsilçiləri yarışa I təsnifat mərhələsindən başlayacaq. Bu üzdən onlar təmsilçimizlə görüşmək üçün bir mərhələ adlamalıdır.

Çempionlar Liqasının 2016/17 mövsümünün iştirakçıları: BATE (Belarus), "Norçepinq" (İsveç), "Rusenborq" (Norveç), "Astana" (Qazaxıstan), SJK (Finlandiya), "Hafnarfyordur" (İslaniya), "Dandalk" (İrlandiya), "Jalgiris" (Litva), "Skonto" (Latviya), "Flora" (Estoniya), B-36 "Torshavn" (Farer adaları)

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR