Azərbaycan Turizm və Menecment Universiteti növbəti beynəlxalq konfransa ev sahibliyi edib

Azərbaycan Turizm və Menecment Universiteti növbəti beynəlxalq konfransa ev sahibliyi edib
12:58 19 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, Elvira Məmmədova, AZƏRTAC
Dekabrın 19-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bu ali məktəbin 10 illiyinə həsr olunmuş “Turizm və rekreasiya XXI əsrdə: problemlər, perspektivlər” mövzusunda II Beynəlxalq elmi praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, ATMU-nun rektoru, professor Cəfər Cəfərov konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, ölkə başçısının təşəbbüsü ilə yaradılan ATMU fəaliyyətinin ilk dövrlərindən ixtisaslı kadr hazırlığı ilə yanaşı, turizm sahəsində elmi-tədqiqatların aparılmasına, bunun üçün respublikada, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən alimlərlə fikir mübadiləsinin təşkilinə xüsusi önəm verir. İndiyədək bir sıra beynəlxalq (“Turizm təhsili: problemlər və perspektivlər”, “Hər mövsümdə Azərbaycan”, “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər”, eləcə də respublika konfransları təşkil edən ATMU bu gün daha bir beynəlxalq konfransa ev sahibliyi edir. Bu beynəlxalq konfransın işində Azərbaycanla yanaşı, MDB-yə üzv, o cümlədən bir sıra xarici ölkələrdən alim və mütəxəssisləri iştirak edirlər.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ölkədə turizm sahəsində görüşmüş işlərdən danışıb, konfransın işinə uğurlar arzulayıb.
Tbilisi Dövlət Universitetinin professoru M.Qvindjiliya ”Gürcüstanda şəhər turizminin inkişafının əsas istiqamətləri”, Qumilyov adına Avrasiya Milli Universitetinin (Qazaxıstan) əməkdaşları - biologiya elmləri doktoru Q.Aydarxanova və biologiya elmləri namizədi A.Saqnayeva, kimya elmləri namizədi J.Kojina “Qazaxıstanda ekoturizmin forma və növləri”, Bolqarıstan İqtisad Universitetinin əməkdaşı H.Nedialkovanın ”Bələdçi xidmətinin keyfiyyəti” mövzusunda məruzələri geniş müzakirələrə səbəb olub.
Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, professor Ə.Əlirzayev, o cümlədən ölkəmizin müvafiq ali təhsil ocaqlarında çalışan alim və tədqiqatçıların məruzə və çıxışları da iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir işini “Turizm və rekreasiya ehtiyatlarının tədqiqinin nəzəri və praktik əhəmiyyəti”, “Turizmin forma və növləri”, “Turizm bazarı: Müasir vəziyyət, problemlər və inkişaf perspektivləri. Turizm biznesinin təşkili və idarə edilməsi”, “Turizm mədəniyyətlərarası dialoq vasitəsi kimi. Turizm üçün kadr hazırlığı. Turizmdə informasiya texnologiyalarının tətbiqi” bölmələri üzrə davam etdirib.
Konfransda ümumilikdə turizmin müxtəlif sahələrinə dair 40-dan çox məruzə dinlənilib. XX əsrin fenomeni hesab edilən dünya turizminin XXI əsrdə də dayanıqlı inkişafı, ayrı-ayrı ölkələrin bu inkişafa töhfəsi və s. məlumatlar əsasında geniş fikir mübadiləsi aparılıb. Hər bir iştirakçıya konfransdakı məruzə və çıxışlar əsasında nəşr olunan “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının 4-cü xüsusi buraxılışı təqdim edilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Turizm_ve_Menecment_Universiteti_novbeti_beynelxalq_konfransa_ev_sahibliyi_edib-912642

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR