Şamaxı Astrofizika Rəsədxanası işçi axtarır

Şamaxı Astrofizika Rəsədxanası işçi axtarır
13:07 19 Dekabr 2015
40 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2016-cı ilin yanvar ayından etibarən Rəsədxanaya müqavilə əsasında vakant yerlər üzrə işə qəbul elan edib.
Bu barədə "Report"a institutdan məlumat verilib.
İnstituta teleskoplara və digər optik cihazlara xidmətləri yerinə yetirə biləcək texniki bilik səviyyəsinə malik və kompüterdə iş bacarığı olan mühəndislər tələb olunur.
Eyni zamanda, yeni yaradılacaq "Elmin təşkili və təbliğatı" şöbəsinə menecerlik və turizm işləri sahəsinə təcrübəsi olan gənclər də axtarılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR