Gömrükçülər xeyli miqdarda pirotexniki və tezalışan malların qaçaqmalçılıq yolu ölkəyə gətirilməsinin qarşısını alıblar

Gömrükçülər xeyli miqdarda pirotexniki və tezalışan malların qaçaqmalçılıq yolu ölkəyə gətirilməsinin qarşısını alıblar
13:08 19 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gömrük Komitəsinin əməkdaşları xeli miqdarda pirotexniki və tezalışan malların qaçaqmalçılıq yolu ölkəyə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bayram günləri ərəfəsində bəzi işbazlar Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan mallar gətirməyə cəhd göstərirlər. Ancaq gömrükçülərin səyi nəticəsində bu kimi halların qarşısı qətiyyətlə alınır.

Bu günlərdə gömrükçülərin aşkar etdiyi 2 fakt üzrə qaçaqmalçılıq yolu ilə Gürcüstan Respublikasından ölkəmizə gətirilən külli miqdarda yayım fişəngləri, pirotexniki və tez alışan malların realizə olunmasının qarşısı alınıb.

Gömrük Sahəsində Hüquqpozmalara Qarşi Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə müxtəlif növ, külli miqdarda yayım fişənglərinin, pirotexnik və tez alışan malların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilərək qanunsuz satılması barədə əməliyyat məlumatı daxil olub. Daxil olan məlumat əsasında gömrükçülər Bakı şəhəri Xəzər rayon Qala qəsəbəsi Xaşa-Xuna bağları adlanan ərazisində Azərbaycan Respublikasının vətəndaşları Əkbərov Sofiq Əfsər oğlu və Xamıyev Şirvan Əliheydər oğlu tərəfindən sonuncunun idarə etdiyi «Opel Zafira» markalı 99GT594 dövlət nömrə nişanlı minik avtomobilinə yüklənən və ərazidəki ünvansız tikilidən ümumilikdə 15 ədəd karton qutulardan 22 adda 7800 ədəd pirotexniki vasitələr aşkar ediblər.

Gömrük Sahəsində Hüquqpozmalara Qarşi Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi əməkdaşlarının Bakı Beynəlxalq Avtovağzalının ərazisində keçirdiyi digər bir əməliyyatda da Azərbaycan Respublikasının vətəndaşı Əkbərov Asim Şükür oğlunun idarə etdiyi «Opel Astra» markalı 99DZ244 dövlət nömrə nişanlı minik avtomobilinin yük yerindəki malları Azərbaycan Respublikası vətəndaşı Nadirli Asim Həbib oğluna satmaq istəyərkən saxlanılıb. Baxış zamanı avtomobildən və Nadirli Asim Həbib oğlunun ticarət mərkəzlərindən birində icarəyə götürdüyü anbardan aşkar edilən 16 ədəd karton qutu, 3 ədəd sellofan və 1 ədəd ağ rəngli kisədən 31 adda 15269 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2471606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR