Azərbaycan-Rusiya-İran elektrik şəbəkələrinin vahid sinxron zonada birləşdirilməsi üçün müzakirələr aparılır

Azərbaycan-Rusiya-İran elektrik şəbəkələrinin vahid sinxron zonada birləşdirilməsi üçün müzakirələr aparılır
13:18 19 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, Nihad Budaqov, AZƏRTAC
Hazırda Azərbaycan-Rusiya-İran elektrik şəbəkələrinin vahid sinxron zonada birləşdirilməsi ilə əlaqədar zəruri texniki-təşkilati tədbirlərin hazırlanması və reallaşdırılması məqsədilə üçtərəfli İşçi Qrupunun işinin bərpası istiqamətində müzakirələr aparılır.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycanın Energetika Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, 2014-cü il aprelin 25-də Bakıda keçirilmiş MDB Elektroenergetika Şurasının 45-ci iclası çərçivəsində Azərbaycan Respublikası, Rusiya Federasiyası və İran İslam Respublikasının nümayəndələri arasında görüş olub. Görüşdə Rusiya-Azərbaycan-İran elektrik şəbəkələrinin birləşdirilməsi yolları araşdırılıb və ilkin olaraq Texniki Tapşırığın (TT) və yol xəritəsinin hazırlanması qərara alınıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Rusiya_Iran_elektrik_sebekelerinin_vahid_sinxron_zonada_birlesdirilmesi_uchun_muzakireler_aparilir-912647

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR