İsrail qazının Türkiyəyə nəql planı (FOTO)

İsrail qazının Türkiyəyə nəql planı (FOTO)
13:26 19 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

İsrail qazı 2019-cu ildən başlayaraq Türkiyəyə nəql edilə bilər. Türkiyə İsrail arasındakı yaxınlaşma qaz nəqlini sürətləndirə bilər. Münasibətlərinin normallaşması üçün atılan addımlar qaz nəqli ilə bağlı planların da qurulmasına səbəb olub.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, "Mavi Marmara" hadisəsindən sonra əgər iki ölkə 2016-cı ildə razılığa gələrsə Aralıq dənizinin dibi ilə təxminən 550 km uzunluğu olan boru xətti çəkiləcək.

Bu boru xətti vasitəsi ilə 30 milyard kubmetr qazın Türkiyəyə gətirilməsi planlaşdırırlır.
Qazın təxminən 10 milyar kubmetrinin Türkiyə üçün, 20 kub metrinin isə Türkiyə üzərindən Avropaya daşınması nəzərdə tutulur.


Boru xəttinin keçəcəyi yol.

Layihənin ilkin dəyəri 2,5-3 milyard dollar arasında qiymətləndirilir.
İsrail təbii qazını hara təslim edəcəyinə və boru xəttini hansı ölkənin inşa edəcəyindən aslı olaraq qiymətlərdə fərqli olacaq.

Bu qazı Avropaya TANAP vasitəsilə daşımaq mümkün ola bilər. Əgər razılaşma əldə olunarsa bu boru xəttindən də faydalanmaq olar.



İsrailin təbii qaz ehtiyatı 1,2 trilyon kubmetr civarında dəyərləndirilir. İsrail parlamenti bu qazın bir hissəsinin ölkənin daxili təlabatının ödənməsi üçün istifadəsinə, təqribən 540 milyard kubmetrinin isə ixrac edilə biləcəyi barədə qərar verib.

Məlumat üçün qeyd edək ki, ötən az Azərbaycana səfər edən Türkiyənin baş naziri Əhməd Davudoğlu prezident İlham Əliyevlə görüşündə TANAP-ın 2018-ci ildən tez bitməsi barədə razılaşdıqlarını deyib.

Həmçinin oxuyun:
Azərbaycandan sonra İsrail də Türkiyəni həyəcanlandırdı


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367675

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR