Bakı. Elmir Murad - Trend:
Zaqatalada bədbəxt hadisə nəticəsində ölüm faktı qeydə alınıb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Zaqatala şəhərində yaşayan Bəkir Bəkirovun evində baş verib. Belə ki, o, qaz sobasının üstünə yıxılıb. Hadisə nəticəsində B.Bəkirov yanaraq ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Bizi Twitter-dən izləyin: @trend_az