Samux zastavasının açılışı olub

Samux zastavasının açılışı olub
13:46 19 Dekabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın şimal sərhəd xidmətlərinin gücləndirilməsi istiqmətində bu gün daha bir addım atılıb.

ANS PRESS-in məlumatına görə, bu gün Qusar-Rusiya arasında yerləşən Samux sərhəd keçid məntəqəsi ərazisində yerləşən yeni Samux zastavası açılıb.

Açılışda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev şəxsən iştirak edib. O, bildirib ki, prezidentimiz daim sərhəd xidmətlərinə qayğı göstərir.

"Onun tapşırığı ilə Dövlət Sərhəd Xidmətinə xüsusi önəm verilir. Bu gün də açılan bu zastava buna bir daha bariz nümunədir", - deyə general polkovnik əlavə etdi.


Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi


Açılışda, eyni zamanda, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Rusiya Federasiyasının sərhəd xidmətinin əməkdaşları , bir sıra tikinti təşkilatlarının nümayəndələri və Xudat Sərhəd dəstəsi də iştirak edib.

Açılışı bildirən rəsmi lent kəsildikdən sonra DSX-nin rəisi Elçin Quliyev qonaqlarla birlikdə sərhəd zastavasına baxış keçirib. Zastavada hər cür tələblərə cavab verən yataqxana, yeməkxana, istirahət güşəsi, mərkəzləşdirilmiş istilik və işıqlandırılma sistemləri, hamam-camaşırxana sərhədçilərin istifadəsinə verilib.

Samux zastavasının təməli bu ilin iyulun 15-də qoyulub. Bina 6 ay müddətinə inşa edilib və bu gündən xidmətçilərin istifadəsinə verilir.


Sərhəd xidmətçiləri



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367683

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR