​Bakıda əcnəbi tələbə bıçaqlanıb

​Bakıda əcnəbi tələbə bıçaqlanıb
13:52 19 Dekabr 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yataqxanasında bıçaqlanma hadisəsi baş verib.
“Report”un xəbərinə görə, M.Qasımov küçəsi 44-də yerləşən ADNA-nın yataqxanasında yaşayan Türkmənistan vətəndaşı 1995-ci il təvəllüdlü Nəriman Mahmudov bıçaqlanıb.
Ona qaldığı otaqda boynundan bıçaq zərbəsi vurulub. Tələbə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. N.Mahmudovun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-ecnebi-telebe-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR