AGİ-nin üzvü Urban-art yeni "UNDERCITYPROJECT" layihəsini təqdim edir - FOTO

AGİ-nin üzvü Urban-art yeni "UNDERCITYPROJECT" layihəsini təqdim edir - FOTO
14:27 19 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Gənclər İttifaqının Departamenti - Urban art 19 dekabr 18:00-da LeChateauPub&Café-də hip-hop fləşmobu təşkil etməyə planlaşdırır. Tamaşaçılar bu fləşmobda ən yaxşı hip-hop və dram-n-beys musiqilərin, beatboxers olan şou-halların şahidi olacaqlar, həmçinin breykerler üçün rəqs dairələri yaradılacaq və djemsiz hip-hop rəqqaslar üçün meydan təşkil olunacaq.

Biz Azərbaycan Gənclər İttifaqının Departamentinin müdirindən Yunis Krılovdan müsahibə götürə bildik:

- Yunis, sizin tədbiriniz - "UNDERCITYPROJECT" - hansısa tarixlə bağlıdır?

- Xeyr. Biz hər hansısa bir tədbir üçün müəyyən tarix seçirik, özümüz diqqətəlayıq tədbirləri yaradırıq. Mən bu fikirlə razı deyiləm ki, hansısa tədbirləri konkret vaxtda həyata keçirmək lazımdır, çünki gənclər üçün həmişə işləmək vacibdir (gülür).

- Zəhmət olmasa, deyin, nəyə görə siz qərara gəldiniz ki, gənclər arasında belə bir lahiyə keçirəsiniz?

- Axırıncı bir neçə ay ərzində bizim şəhərimizdə məftunedici və qlamur partilərin içində bir hip-hop ruhu olmadığına görə biz belə bir qərara gəldik ki, 19 dekabr 18:00-da LeChateauPub&Café-də hip-hop cəmiyyətimiz üçün gənclərin öz dostlarıyla xoş əhval-ruhiyyədə şən musiqini dinləyə biləcəkləri belə bir tədbir keçirək. Bu məqamda qərara gəldik ki, bütüm dostlarımızı yığıb öz bacarıqlarını göstərmələrinə imkan yaradaq.

- Axşam proqramınız nə ola bilər və sizin proyektiniz nəyi təqdim edir?

- UNDERCITYPROJECT - yeni yemək resepti, əsas tərkib hissəsi hip-hop, ədviyyatları isə beys musiqinin müxtəlif üslubları. Axşamın açılışını edən Gürcüstandan xüsusi qonağımız, vinil plastinlərin qurusu DJ GROTASK olacaq! B-boylar üçün dairələr, hip-hop rəqs edənlər üçün djem, bitbokserlər tərəfindən də şou-keys olacaq! Estafeti Red Bull Thre3style Azerbaijan 2015 yarışmasının qalibi DJ N.E.Z alacaq! O, rəqs sahəsini dram-n-beys və djanql ilə canlandıraraq bizim üçün əyləncənin kulminasiyasını hazırlayacaq. Proyektin bağlanışını isə tanınmış DJ KUMA B2B DJ BITING TYPE öz üzərinə götürəcək.

- Çox sağ olun, Yunis, bizim oxucularımıza daha nəyi tövsiyə edərdiniz?

- Həmçinin istərdik ki, xoş xəbərimizi çatdıraq! Artıq UNDERCITY PROJECT-in dəvətnamələrini BACKSTAGE mağazasında LЕ CHATEAU klubunda əldə edə bilərsiniz, ya da bu nömrələrə müraciət edə bilərsiniz: 055-890-07-77 və 050-626-88-41.

Peace! Urban art - incəsənətin bir istiqamətidir, şəhər gənclərinin həyat tərzinə uyğun olan bir əyləncə tərzidir və əsasən küçə rəssamlarının sevdiyi bir sənətdir. Beləliklə şəhər incəsənəti, küçə incəsənəti və qraffiti - Urban-art incəsənətində birləşir və bu incəsənət vizual formalarını bir-birilə ümumiləşdirən şəhər və rayonlarda yaradılan memarlıqlardan ibarətdir. Bu istiqamətdə keçirilən tədbirlərlə bağlı Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov öz fikrini bildirib: Azərbaycan üçün elə təşəbbüslü gənclərin olması çox vacibdir və Azərbaycan Gənclər İttifaqının rəhbərliyi fəxr edir ki, ölkəmizdə də belə gənclər vardır.

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR