"Serialda öpüşmək işimizin bir hissəsidir"

"Serialda öpüşmək işimizin bir hissəsidir"
14:32 19 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə universitetlərindən birinin keçirdiyi sorğuda "Poyraz Karayel" "ən yaxşı serial" və "ən yaxşı aktyor" nominasiyalarında qalib olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işinin baş rol aktyoru İlker Kaleli mükafatı aldıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.

O, öpüşmə səhnələri haqda danışıb:

"Biz bir hekayəni göstəririk. O səhnələr reytinq üçün çəkilmir. Necə ki, dava, atəş səhnəsi varsa, öpüşmə də olur. İşimizin bir parçasıdır".

Qeyd edək ki, İ.Kaleli baş rolları paylaşdığı Burçin Terzioğlu ilə həyatda da sevgilidir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR