Rus dilinə maraq niyə azalıb? - VİDEO

Rus dilinə maraq niyə azalıb? - VİDEO
14:52 19 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Rus dilini öyrənmək istəyənlərin sayı azalır. Əvəzində ingilis dilinə maraq artır.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Mingəçevir Şəhər Təhsil Şöbəsinin nəzdində 2-si lisey,1-i tam internat orta məktəb olmaqla, 22 tam orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 83 rus, 68 ingilis dili müəllimi çalışır. 10 ilə yaxındır Texniki Humanitar Liseydə rus dili şagirdlərə 1-ci sinifdən 9-cu sinifə qədər tədris olunur. 2 nömrəli məktəbdə bu dil 5-ci sinifdən 11-ci sinfə qədər öyrədilir. Mingəçevirin 3, 10, 14 və 18 nömrəli məktəblərində rus bölmələri fəaliyyət göstərir. Buna baxmayaraq,  bu dili öyrənənlərin sayı getdikcə azalır.

"Rus bölməsinin kontingenti getdikcə azalır, yəni bu bölmədə uşaqların sayı azdır. Demək olar ki, hər bir məktəbdə bu bölmədə bir sinif var.  Hər sinifdən, yəni 1-dən 11-ci sinifə qədər hərəsindən bir sinif var, hələ ki, fəaliyyətdədir", deyə Mingəçevir şəhər Təhsil Şöbəsinin müdir müavini Raifə Mürşüdova bildirib.

Rus dilinə marağın azalmasının əsas səbəblərindən biri şagirdlərin və valideynlərin ingilis dilinə daha çox önəm verməsidir. Qəbul imtahanlarında ingilis dilinin xarici dil kimi götürülməsi də bu dilə şagirdlərin marağını artırır. Buna görə də məktəblərin əksəriyyətində ingilis dili 1-ci sinifdən 11-ci sinifə qədər tədris olunur:

"Əsas ingilis dili götürülür. Burada valideynlərin də fikri böyük rol oynayır, narahatlıq keçirirlər ki, birdən qəbul imtahanında nə isə dəyişə bilər. Birdən rus dilini götürərlər, ingilis dili qalar. Yəni əsas xarici dili kimi, hələ ki, ingilis dilini götürürlər", - deyə Mingəçevir şəhər Təhsil Şöbəsinin müdir müavini Raifə Mürşüdova vurğulayıb.

Bildirək ki, 2014-2015-ci tədris ilində Mingəçevirdən 399 nəfər ali məktəbə daxil olub. Onların 33-ü müxtəlif ali məktəblərin ingilis dili fakültələrini seçib.  Rus dili fakultələrini  seçən isə olmayıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR