Beynəlxalq Bankın 710 əməkdaşı imtahan verdi

Beynəlxalq Bankın 710 əməkdaşı imtahan verdi
15:44 19 Dekabr 2015
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Beynəlxalq Bankının (ABB) müraciəti əsasında adı çəkilən bankda çalışan əməkdaşların bilik səviyyəsinin müasir tələblərə uyğunluğunu müəyyənləşdirmək üçün test imtahanı keçirilib.

Komissiyadan Lent.az-a verilən məlumatına görə,  imtahanda ABB-nin 710 nəfər əməkdaşının iştirak edib.

Xatırladaq ki, ABB-nin işçilərinin biliyinin qiymətlədirilməsi dörd istiqamət - Xəzinə işi, əməliyyat işi, Kredit işi və Mühasibat işi üzrə aparılır və iştirakçılara 100 test tapşırığı təqdim olunur. Bunlardan 85 sual bank sektoruna və qanunvericiliyə aid suallar və 15 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən suallardır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225835

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR