​Son 20 ildə Naxçıvanda əhalinin sayı 105,6 min nəfər artıb

​Son 20 ildə Naxçıvanda əhalinin sayı 105,6 min nəfər artıb
15:47 19 Dekabr 2015
36 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Son 20 ildə Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı 105,6 nəfər artıb.
"Report" Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, muxtar respublikada əhalinin sayı 1 yanvar 1996-cı il tarixə nisbətdə 105,8 min nəfər artaraq 443 579 nəfər təşkil edib.
Hazırda muxtar respublika əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin 29,5 faizi şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır.
Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 81 nəfər olub ki, bu da 1 yanvar 1996-cı illə müqayisədə 20 nəfər çoxdur.
Son 20 il ərzində muxtar respublikada 62,1 min nikah bağlanıb, 152,3 min uşaq doğulub.
Məlumatda qeyd olunub ki, ölüm, o cümlədən 1 yaşa qədər ölən uşaqların sayı aşağı düşüb.
Əgər 1995-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfəri hesabı ilə 6 olmuşdusa, hazırda bu göstərici 4-dür.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/son-20-ilde-naxcivanda-ehalinin-sayi-105-6-min-nefer-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR