Müğənni Elçin Hüseynov ad gününü qeyd edir.
Axşam.az-ın məlumatına görə, sənətçi “Star life” verilişində hər il onu ilk anasının təbrik etdiyini bildirib:
“Hər il ayın 19-da anamın üzündən öpür, məni dünyaya gətirdiyinə görə təşəkkür edirəm. O da məni təbrik edir. Bu günə kimi sənətdə heç kimlə qalmaqal etməmişəm. Efiri sənətlə, mahnıyla gözəlləşdirməyə çalışmışam. Kiminsə ünvanına pis danışıb, gündəmə gəlməkdən uzaq olmuşam. Kimsə də çaşıb ünvanıma nəsə deyəndə telefonla zəng vurub, aydınlaşdırıram”.