Bayram ərəfəsində 23069 pirotexnika aşkarlandı

Bayram ərəfəsində 23069 pirotexnika aşkarlandı
15:56 19 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Bayram ərəfəsində Azərbaycana külli miqdarda yayım fişəngləri, pirotexniki və tez alışan malların gətirilməsi cəhdləri artıb. Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, gömrükçülərin 2 fakt üzrə qaçaqmalçılıq yolu ilə Gürcüstandan belə malların gətirilməsininq arşısını ala biliblər.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bayram günləri ərəfəsində bəzi işbazlar Azərbaycanın gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan mallar gətirməyə cəhd göstərirlər.

Ancaq gömrükçülərin səyi nəticəsində bu kimi halların qarşısı qətiyyətlə alınır.



Gömrük Sahəsində Hüquqpozmalara Qarşi Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə müxtəlif növ, külli miqdarda yayım fişənglərinin, pirotexnik və tez alışan malların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilərək qanunsuz satılması barədə əməliyyat məlumatı daxil olub.



Daxil olan məlumat əsasında gömrükçülər Bakı şəhəri Xəzər rayon Qala qəsəbəsi Xaşa-Xuna bağları adlanan ərazisində Azərbaycan Respublikasının vətəndaşları Əkbərov Sofiq Əfsər oğlu və Xamıyev Şirvan Əliheydər oğlu tərəfindən sonuncunun idarə etdiyi "Opel Zafira" markalı 99 GT 594 dövlət nömrə nişanlı minik avtomobilinə yüklənən və ərazidəki ünvansız tikilidən ümumilikdə 15 ədəd karton qutulardan 22 adda 7800 ədəd pirotexniki vasitələr aşkar ediblər.



İdarə əməkdaşlarının Bakı Beynəlxalq Avtovağzalının ərazisində keçirdiyi digər bir əməliyyatda da Azərbaycan vətəndaşı Əkbərov Asim Şükür oğlunun idarə etdiyi "Opel Astra" markalı 99 DZ 244 dövlət nömrə nişanlı minik avtomobilinin yük yerindəki malları Nadirli Asim Həbib oğluna satmaq istəyərkən saxlanılıb.

Baxış zamanı avtomobildən və Nadirli Asim Həbib oğlunun ticarət mərkəzlərindən birində icarəyə götürdüyü anbardan aşkar edilən 16 ədəd karton qutu, 3 ədəd sellofan və 1 ədəd ağ rəngli kisədən 31 adda 15269 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=367690

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR