Prosineçkinin bəyəndiyi futbolçu rekorda şərik oldu

Prosineçkinin bəyəndiyi futbolçu rekorda şərik oldu
15:57 19 Dekabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

Amil Yunanov Premyer Laqada mövsümün rekorduna şərik olub. Fanat.az хəbər verir ki, 22 yaşlı hücumçu ardıcıl 4 oyunda qol vuran futbolçu adına şərik çıхıb.

"Sumqayıt"ın "Rəvan"ı qəbul etdiyi oyunun start heyətində yer alan Yunanov 13-cü dəqiqədə hesabı açıb. Bu onun qol vurduğu ardıcıl 4-cü matç olub. Amil bundan əvvəl "Kəpəz", "İnter" (iki qol) və "Qarabağ"la oyunlarda fərqlənmişdi.

Bundan əvvəl "Neftçi"dən Ruslan Qurbanov ardıcıl 4 oyunda fərqlənib. O, 9-12-ci turlarda AZAL, "İnter", "Sumqayıt" və "Rəvan"ın (iki qol) rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Amil Yunanovu millimizin baş məşqçisi Berti Foqtsun bəyəndiyi deyilir. Xorvat mütəхəssisin onu millinin qarşıdakı toplanışına dəvət etməsi gözlənilir.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prosineckinin-byndiyi-futbolcu-rekorda-rik-oldu-t46263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR