Berndə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub

Berndə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub
16:03 19 Dekabr 2015
69 Digər
Ölkə mətbuatı
A- A+


Bern, 19 dekabr, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə İsveçrə Konfederasiyasının Bern şəhərində keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün Bern şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə dekabrın 19-da Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Federal hökumətinin üzvü, Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterlə görüşüb.
Görüşdən sonra birgə foto çəkdirilib.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü olub.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bernde_Azerbaycan_ve_Ermenistan_prezidentlerinin_gorusu_olub-912702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR