Putin niyə elə yeriyir?

Putin niyə elə yeriyir?
16:05 19 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Alimlər Rusiya prezidenti Vladimir Putinin yerişini onun DTK təlimi alması ilə əlaqələndirirlər. Lakin belə bir mülahizə də var ki, o, özü barədə sərt adam təsəvvürü yaratmağa çalışır.

"Ümumiyyətlə, kiminsə yerişindən onun necə bir adam olduğunu bilmək olarmı?" - deyə Kemi Alemoru sual edir.

Milli.Az BBC-yə istinadən bildirir ki, tədqiqatçılar belə bir məqama fikir veriblər ki, Putin yeriyərkən sol qolu yelləndiyi halda sağ qolu hərəkətsiz qalır.

Britaniyada çıxan "British Medical Journal" məcmuəsi belə bir nəticəyə gəlib ki, Putinin sağ qolunu tərpənməz saxlaması onun DTK təlimi ilə bağlı vərdişi ola bilər. Bu təlim zamanı çekistlərə sağ əli silaha atmaq üçün daim hazır saxlamağı öyrədirlər. Bu yeriş tərzinə "atıcı yerişi" də deyilir.

Bəs ümumiyyətlə, insanın yerişindən onun barəsində daha nələri söyləmək olar? Con Uayn, Daniel Kreyq və ya ekranda "cayıl" oğlanları oynayan Ross Kempin öz yeriş tərzləri var.

"Adamlar düşünürlər ki, kiminsə yerişindən onun aqressiv və ya ziyankar olduğunu bilmək olar. Amma bu, göründüyü qədər də bəsit məsələ deyil", - deyə Britaniyanın Southempton Universitetinin professoru Mark Nikson bildirir.

O, insan yerişlərini kompüter proqramı ilə təhlil edir. İnsanın xarakterini müəyyən etmək üçün çox sayda faktorları öyrənmək lazım gəlir.

"Əgər birisi paba daxil olan kimi sən bu adama baş qoşmamaq lazım olduğunu düşünürsənsə, bu, sənin özünün bir sıra gümanların və stereotiplərinlə bağlı ola bilər", - deyə alim əlavə edir.

Bununla belə, birisinin davranışını onun yerişi əsasında proqnozlaşdırmaq mümkün olmasa da müəyyən nəticələrə gəlmək mümkündür.

Alimlər belə nəticəyə gəliblər ki, bir dəstənin üzvü olan adamlar ətrafa qorxu saçmaq üçün adətən bir-birlərinin yeriş və jestlərini təqlid edirlər.

Hələ 1888-ci ildə polis zabiti Con Barri "Viktoria polisinın davranış qaydaları"nda yazırdı ki, polis nəfərinin müəyyən tərzdə yeriməsi ilə onun intizamlı, sərt, nüfuzlu və qanun-qayda keşikçisi olması kimi təsəvvür yaratmaq olar.

M.Nikson israr edir ki, kişilik kimi xarakterik xüsusiyyətlər kiminsə tərəfindən yerişlə nümayiş etdirilib qavrana bilər, lakin bununla onların həqiqətən zorakı niyyətə malik olub-olmadıqlarını söyləmək çətindir: "Bunu sınamaq çox müşkül işdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR