Azərbaycanlı avtoritetlərin qanlı "haqq-hesabı" - TƏFƏRRÜAT

Azərbaycanlı avtoritetlərin qanlı "haqq-hesabı" - TƏFƏRRÜAT
16:47 19 Dekabr 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatala rayonunda qətl hadisəsi törədən 1991-ci il təvəllüdlü Samir Osmanov, 1968-ci il təvəllüdlü Vüqar Layıcov, 1991-ci il təvəllüdlü Sabir Osmanov, 1995-ci il təvəllüdlü Pərviz Qarayev və 1993-cü il təvəllüdlü Röyal Saramanovun apellyasiya şikayətinə baxılıb.  

Milli.Az publika.az-a istinadən bildirir ki, ittihama görə, cinayəti törədən şəxslər kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan Rövşən Canıyevin ünvanına xoşagəlməz ifadələr işlədiblər. Rövşən Canıyevin tərəfdarları Vüqar Rəcəbov, Vasif Cəfərov, Kamil Hüşənov, Vüsal Əliqayev və Raqib Bədəlov isə məsələni aydınlaşdırmağa gəliblər.  Nəticədə Vüqar Rəcəbov, Vasif Cəfərov, Kamil Hüşənov öldürülüb, Vüsal Əliqayev və Raqib Bədəlova isə xəsarət yetirilib.  İddia edilir ki, cinayəti törədən mütəşəkkil dəstənin üzvləri kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun tərəfdarlarıdır. 
 
Məhkəmə müəyyən edib ki, Samir Osmanov, Vüqar Layıcov, Sabir Osmanov,  Pərviz Qarayev, Röyal Saramanov Cinayət Məcəlləsinin 10-dan artıq maddəsi ilə mühakimə olunublar. Samir Osmanov kriminal aləmdə "qanuni oğru" kimi tanınan "Rövşən Lənkəranski" ləqəbli Rövşən Canıyevi kriminal avtoritet kimi tanımadığını bildirib. Həmçinin Samir Osmanov Rövşən Canıyevin ünvanına nalayiq söyüşlər söyüb, təhqiramiz ifadələr işlədib. Rövşən Canıyevin tərəfini saxlayan Vüqar Rəcəbov, Raqib Bədəlov, Kamil Hüşənov və Vasif Cəfərov silahlı qrup halında bu hərəkətinə görə Samir Osmanova qarşı qeyri-qanuni zor hərəkətləri etmək qərarına gəliblər. Onlar bu məqsədilə 23 noyabr 2013-cü il tarixdə Balakən rayonuna yollanıblar. Münasibətdə olduqları həmin rayon sakinləri Vüqar Bodurov, Ruslan Muradov, Aydın Sayılov onları qarşılayıblar. Həmin şəxslər də silahlı qrupun tərkibinə cəlb olunublar.             
 
Kafedən başlayan qarşıdurma  
 
Razılaşdıqları kimi qrup üzvü Vüqar Rəcəbov səhəri gün, yəni noyabrın 24-də, saat 12.00-da Samir Osmanova zəng edib, qardaşı Dibir Osmanovun pul borcu olması bəhanəsi ilə onu çay içməyə çağırıb. Samir Osmanovu aldadaraq Balakən şəhərində yerləşən "Balakən" kafesinə gətirdib. 
 
Samir Osmanov kafeyə qardaşı Sabir Osmanov, yaxın münasibətdə olduğu Pərviz və Tural Qarayevlərlə gəlib. Vüqar Rəcəbov kafedəki otaqda istintaqla müəyyən edilməmiş mənbədən qanunsuz olaraq əldə edib saxladığı "KP 23142" saylı "Makarov" konstruksiyalı odlu döyüş silahı olan tapançanı çıxararaq atəş vəziyyətinə gətirib və Samir Osmanovla təklikdə söhbət edəcəklərini bildirib.
 
Vüqar Rəcəbov Sabir Osmanov, Pərviz və Tural Qarayevlərə fiziki zor tətbiq edəcəkləri ilə qorxudaraq otaqdan çıxmalarını tələb edib. Onlar etiraz etdiklərindən aralarında mübahisə yaranıb. Vüqar Rəcəbov, Raqib Bədəlov, Kamil Hüşənov və Vasif Cəfərov heç bir səbəb olmadan odlu silah və silah qismində istifadə edilən bıçaq tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozublar, cəmiyyətə açıqca hörmətsizlik ifadə ediblər. Samir Osmanov, Sabir Osmanov, Pərviz Qarayev və Tural Qarayevi döyərək, bədənlərinin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurublar. Qrup üzvü Vasif Cəfərov həmçinin Samir Osmanovun bədəninə kəsici-deşici alət olan bıçaqla zərbə endirib. 
 
Sabir Osmanov, Samir Osmanov, Pərviz Qarayev və Tural Qarayev 24 noyabr 2013-cü il tarixdə, saat 12.00-da Balakən şəhərində kafedə döyülmələrini, həmçinin Samir Osmanovun bədəninə xəsarət yetirilməsini şəxsiyyətlərini alçaldan, onları nüfuzdan salan hərəkət kimi qiymətləndiriblər. 
 
Bir-birlərini izləyiblər 
 
Bu hərəkətlərinə görə Vüqar Rəcəbov, Raqib Bədəlov, Kamil Hüşənov və Vasif Cəfərovdan qisas almaq məqsədi ilə onları qəsdən öldürmək barədə razılığa gəliblər. Bu niyyətlə Samir Osmanov, Vüqar Layıcov, Sabir Osmanov, Pərviz Qarayev və Röyal Saramanov qrup halında birləşiblər. Sabir Osmanov Pərviz Qarayev və Röyal Saramanova həmin şəxsləri izləməyi, bu barədə Samirə telefonla məlumat verməyi tapşırıb.  Bundan sonra Samir Osmanov odlu silah gətirmək üçün Vüqar Layıcovla onun yaşadığı evə gedib. Vüqar Layıcov cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı Harun Layıcova məxsus evdə qanunsuz saxladığı "AKS-74 U" konstruksiyalı yivli odlu silah olan avtomatı, həmin silahdan istifadə etmək üçün nəzərdə tutulan 30-dan çox 5,45 mm kalibrli döyüş sursatı olan patronları Samirə verib.   
 
Onlar Vüqar Layıcovun idarə etdiyi "VAZ 2107" markalı 90-ML-197 nömrə nişanlı avtomobildə Zaqatala rayonu istiqamətində hərəkət etdikləri vaxt Sabir Osmanov telefonla həmin şəxslərin Zaqatala şəhərində yanacaqdoldurma məntəqəsinin yaxınlığında dayanmış Ruslan Muradovun idarə etdiyi "KİA Sorento" markalı avtomobildə olduqlarını bildirib.  Samir Osmanov həmin yerə gəlib. O, özündə olan avtomat silahdan həmin avtomobilə atəş açıb. Lakin avtomobil sürətlə hərəkət etdiyi üçün Rövşən Canıyevin adamlarını öldürmək istəyi yarımçıq qalıb.  Bundan sonra Sabir Osmanov, Pərviz Qarayev və Röyal Saramanov "Rövşən Lənkəranski"nin adamlarının Zaqatala şəhərində yığışdıqları yeri Samir Osmanov və Vüqar Layıcova göstəriblər. Onlar birlikdə avtomobildə əyləşərək yolun kənarında pusquda durub, həmin şəxslərin oradan çıxmalarını gözləyiblər. 
 
Saat 16.00-da Vüqar Rəcəbov, Raqib Bədəlov, Kamil Hüşənov və Vasif Cəfərovun əyləşdiyi, Vüsal Əliqayevin idarə etdiyi "Hyundai Elantra" markalı avtomobil  magistral yola çıxaraq Bakı şəhəri istiqamətində hərəkət edib. 
 
Avtomobilə açılan atəş 
 
Bu vaxt Vüqar Layıcov avtomobili həmin maşının arxasınca sürüb və Samir Osmanova avtomat silahdan atəş açaraq həmin şəxsləri öldürməsi üçün əlverişli şərait yaradıb. O, avtomobilin sürətini azaldıb və "Rövşən Lənkəranski"nin adamlarının olduğu avtomobilə yaxınlaşıb. Avtomobillər yaxın məsafdə bərabər vəziyyətdə hərəkət etdiyi vaxt Samir Osmanov avtomobilin qabaq  qapısının şüşəsini açaraq oradan avtomat silahdan həmin avtomobilin salonuna 20-dən çox atəş açıb. 
 
Nəticədə avtomobilin salonunda əyləşmiş Vüqar Rəcəbov, Vasif Cəfərov və Kamil Hüşənovu öldürüblər. Hadisə zamanı sürücü Vüsal Əliqayev və Raqib Bədəlovun bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirilib. Bu hadisədən sonra Zaqatala rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətə keçib və cinayəti törədən şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər. Əməliyyat nəticəsində Vüqar Layıcovdan silah-sursat götürülüb. Həmçinin onun Qax rayonu ərazisində meşə sahəsində qanunsuz olaraq narkotik vasitələr əkib-becərdiyi müəyyən edilib.  
 
Cəza
 
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Osmanov və Vüqar Layıcov ömürlük, Sabir Osmanov 15 il 4 ay,  Pərviz Qarayev 15 il, Röyal Saramanov  isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.  Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Həmçinin Baş Prokurorluqda apellyasiya protesti verərək, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Tərəflərin şikayətləri baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. 
 
Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Pərviz Qarayevin vəkili Şamxal Tahirov bildirib ki, birinci instansiya məhkəməsinin müdafiə etdiyi şəxsin barəsində olan hökmü ləğv edilməlidir: "Pərviz Qarayevə qarşı irəli sürülən ittihamlarda təqsirli olması sübuta yetirilməyib. Buna görə də onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edirəm".
 
Digər təqsirləndirilən Vüqar Layıcovun vəkili Mahir Bayramov müdafiə etdiyi şəxs barəsində təyin edilmiş ömürlük azadlıqdan məhrumetmə cəzasının dəyişdirilməsini istəyib. Vəkil Vüqar Layıcovun müddətli cəza ilə cəzalandırılmasını istəyib.  Röyal Saramanovun vəkili İntiqam Hacıyev də çıxış edərək, müdafiə etdiyi şəxsə aid hissədə birinci instansiya məhkəməsinin hökmünün ləğvini xahiş edib. 
 
Vəkil Röyal Saramanovun əməlini Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsinə tövsif edilməsini xahiş edib. O, bildirib ki, Röyal Saramanov ilk dəfədir məhkum olunur, əməlini səmimi etiraf edib. Vəkil məhkəmədən Röyal Saramanovun gəncliyini nəzərə alınmasını, onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edərək, onun şərti məhkum edilməsini xahiş edib. 
 
Məhkəmə iclasında çıxış edən prokuror təqsirləndirilən şəxslər - Samir Osmanov, Vüqar Layıcov, Sabir Osmanov, Pərviz Qarayev və Röyal Saramanovun barəsində daha ağır cəzanın təyin edilməsini istəyib. Məhkəmə sonda prokurorluğun protestini təmin etməyib. Amma təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri ilə bağlı hissədə dəyişiklik edilib. Məhkəmə Pərviz Qarayevə aid hissədə hökmü dəyişib. Pərviz Qarayevin 5 il həbsxana rejimində cəza çəkməsi ilə bağlı qərarı ləğv edilib. Onun barəsində təyin edilmiş 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasının əvvəldən-axıradək ciddi rejimli cəza çəkmə müəssisində çəkməsi barədə qərar qəbul edilib. 
 
Digər təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməmiş saxlanıb. Həmin qərardan tərəflər Ali Məhkəməyə müraciət ediblər. Daha yuxarı instansiya məhkəməsində cinayət işi hakim İlham Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb. 
 
Hakim kollegiyası həm prokurorluğun kassasiya protestini, həm də təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərini təmin etməyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ağır yol qəzası: 4 nəfər öldü

20 Sentyabr 2017 09:38

Azərbaycan nefti 1% bahalaşıb

20 Sentyabr 2017 09:37

Nicat Muxtarov barəsində həbs qətimkan tədbiri

20 Sentyabr 2017 09:37

“Unibank”ın rəhbərliyində dəyişikliklər olacaq

20 Sentyabr 2017 09:37

“Heç bir ölkə bunu qəbul etməz”

20 Sentyabr 2017 09:35

Ebrü Gündeş illər sonra Bakıda - VİDEO

20 Sentyabr 2017 09:33

Xəsarət alanlar arasında Azərbaycan vətəndaşı varmı?

20 Sentyabr 2017 09:33

Almaniyanın 2 şirkəti Azərbaycan bazarını tərk edir

20 Sentyabr 2017 09:32

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (20.09.2017)

20 Sentyabr 2017 09:32

Bakıda konsert kimi toy:

20 Sentyabr 2017 09:29

XİN: Meksikadakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

20 Sentyabr 2017 09:28

Bakıda bal yarmarkası keçiriləcək

20 Sentyabr 2017 09:24

Cəbhədə silahlar susmur

20 Sentyabr 2017 09:23

Lənkəranda sakini avtobusdan yıxılaraq ağır xəsarət alıb

20 Sentyabr 2017 09:22

Cəhhədə gərgin gecə

20 Sentyabr 2017 09:20

Neft bahalaşdı

20 Sentyabr 2017 09:18

“Azersun Holding”ə məxsus 3 müəssisə birləşir

20 Sentyabr 2017 09:17

Rövnəq Abdullayev: "SOCAR qaz hasilatının artırılması üçün tərəfdaşlarla məqsədyönlü işlər aparır"

20 Sentyabr 2017 09:17

Atəşkəs 127 dəfə pozuldu

20 Sentyabr 2017 09:14

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin vəzifəli əməkdaşı vəfat edib

20 Sentyabr 2017 09:12

Ermənilər atəşkəs rejimini 127 dəfə pozub

20 Sentyabr 2017 09:12

32 yaşlı kişi özünü körpüdən atdı - Şəkidə

20 Sentyabr 2017 09:09

“Neft Daşları”nda yeni quyu istismara verilib

20 Sentyabr 2017 09:07

Meksikada baş verən zəlzələdə ölənlərin sayı 150 nəfərə çatdı -

20 Sentyabr 2017 09:06

Ərdoğan:

20 Sentyabr 2017 09:05

Biləsuvarda ağır yol qəzası: 4 ölü

20 Sentyabr 2017 09:03

Qapalı məkanlarda siqaretin ardınca SULU QƏLYAN QADAĞASI

20 Sentyabr 2017 08:53

Meksikada zəlzələ nəticəsində məktəb binası uçub, 22 uçaq ölüb

20 Sentyabr 2017 08:52

İlham Əliyev Trampın və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 08:38

Zəlzələ Meksikanı bu günə qoydu - DƏHŞƏTLİ FOTOLAR

20 Sentyabr 2017 08:33

Azərbaycanın yeraltı anbarlarında 2,2 mlrd. kubmetr aktiv qaz var

20 Sentyabr 2017 08:32

Biləsuvarda ağır qəza: ölən və yaralananlar var

20 Sentyabr 2017 08:04

Döymə sənətində YENI TREND: Venesiya və Viktoriya mədəniyyəti bir arada - FOTOLAR

20 Sentyabr 2017 08:03

Biləsuvarda bir neçə nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

20 Sentyabr 2017 08:02

Moskvada azərbaycanlı müttəhim məhkəmə zalından qaçıb

20 Sentyabr 2017 07:47

Ərdoğan: “Kürdlər bizim dostlarımızdır”

20 Sentyabr 2017 07:44

21-ci əsrdə mağarada yaşayan adam: “Həyatımdan məmnunam” - FOTOLAR

20 Sentyabr 2017 07:03

Boliviya prezidenti ABŞ rəhbərliyini bəşər üçün başlıca təhlükə adlandırıb

20 Sentyabr 2017 06:47

Xızıda 350 ədəd partlamamış hərbi sursat tapıldı

20 Sentyabr 2017 06:24

Azərbaycan üçün tarixi qərar verilə bilər

20 Sentyabr 2017 06:03

Bakıda gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib

20 Sentyabr 2017 05:32

Moskva bazarında qətl

20 Sentyabr 2017 05:28

Maduro Trampı "yeni Hitler" adlandırıb

20 Sentyabr 2017 05:27

Gündüz İsmayılov: "Bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar"

20 Sentyabr 2017 05:02

Bakıda orta yaşlı kişi məhkəmə binası qarşısında döyülüb

20 Sentyabr 2017 04:52

Eks sevgilisi aktyordan 1 milyon tələb edir

20 Sentyabr 2017 04:49

İlham Əliyev: "Bizim xarici siyasətlə bağlı uğurlarımız barədə danışmaq üçün çox vaxt lazımdır"

20 Sentyabr 2017 04:37

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırdı

20 Sentyabr 2017 04:33

Rusiya Hava Desant Qoşunlarının komandanı qəzaya düşdü

20 Sentyabr 2017 04:14

Ərdoğan kürdlərə çağırış etdi

20 Sentyabr 2017 03:44