Anemiyanın xərçəngə keçmə risqi böyükdü

Anemiyanın xərçəngə keçmə risqi böyükdü
16:51 19 Dekabr 2015
80 Şou
Ölkə mətbuatı
A- A+

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada milyonlarla insan anemiya xəstəliyindən əziyyət çəkir. ABŞ-da insanların 40 faizində bu xəstəlik mövcuddur. İrəli sürülən fərziyyələrə görə, anemiya ilk vaxtlar Ərəbistanda mövcud olub.

Axşam.az -ın xarici KİV-ə istinadən məlumatına görə, xəstəliyin tarixi orta əsrlərə gedib çıxsa da, alimlər anemiyanı 1888-ci ildə aşkarlayıblar. Paula Erlix adlı professor anemiyanı ilk dəfə 21 yaşlı qadında tapıb. Həmin vaxtlar insanların 80 faizi bu xəstəlikdən əziyyət çəksələr də onun müalicəsi tam olaraq müəyyən edilməmişdi. 1904-cü ildə isə həkimlər anemiyanı müxtəlif yollarla müalicə etmək üçün üsullar aşkarladılar.

Anemiya nədir? 

Məlumdur ki, qanda hemoqlobinlər var. Bu hemoqlobinlər tərkibində oksigen saxlayır. Bu oksigen qan vasitəsilə bədənin bütün hissəsinə ötürülür. Həm də hemoqlobinlərin tərkibində qana qırmızı rəng verən eritrositlər mövcuddur. Qanda mövcud olan bu hemoqlobinlərin azalması anemiya deməkdir.

Anemiyanın bir neçə növü var:
· Qan-hemoqlobin çatızmazlığı
· Dəmir defisitli anemiya
· Polidefisiti - B12 vitamini çatızmazlığı anemiyası
· Hemolitik anemiya

Anemiyanın simptomları müxtəlif olur.Çoxları elə başa düşürlər ki, qanazlığı damarda qanın az olması deməkdir. Ancaq anemiya qandakı hemoqlobinlərin olmamasıdır. Qanda hemoqlobinlərin mövcudluğu mütləqdir. Normal halda qanda 13-15 qram hemoqlobin olur. Bu hemoqlobinlər qana qırmızı rəng verir. Hemoqlobinin ömrü 4 aydır. Əgər dörd aydan sonra bu hemoqlobinlərin fəaliyyəti vitaminlər vasitəsilə yenidən gücləndirilməzsə, bədəndə ağ qanın miqdarı çoxalır. Bu halda deyirlər ki, ağ qan qırmızı qanı «yeyir». Ağ qanın damarda çoxalması xəstənin ölümü ilə nəticələnə bilər. Qandakı hemoqlobinləri artırmaq üçün daim vitaminli ərzaqlar yemək məsləhətdir. Bəzən qansızlıq düzgün qidalanmadıqda da meydana gəlir. Vaxtlı-vaxtında nahar etmək hemoqlobinin miqdarını çoxaldır. Bəzən düzgün qidalanmamaqdan yaranan anemiya xərçəng xəstəliyinə çevrilə bilər. Anemiya meydana gəldikdən sonra müxtəlif növ xəstəliklərin yaranmasına səbəb ola bilər.

Dəmir defisitli anemiya: 

İnsanlar arasında çox yayılan anemiya növlərindən biri də dəmir defisitli anemiyadır. Dəmir qanda oksigenin piqment nöqtələrə daşınmasında böyük rol oynayan vasitədir. Hər bir insanın qanında 4 qram dəmir olmalıdır. İnsan gün ərzində 3-4 qram dəmir qəbul etməli, onun 1 qramını isə itirməlidir. Dəmir defisitliyi burun, mədə qanaxmalarında, zəhərlənmələrdə sonra meydana gəlir. Dəmir defisitli xəstələrdə torpaq, buz, nişasta yeməyə meyillik olur. Onların dırnaqları tez-tez sınır, ağız quruyur və kənarları çatlayır. Həm də insanda mədə bulantıları, başgicəllənmələr və qəbzlik yaranır. Qanda dəmirin olması, mədə sağlamlığı üçün də vacibdir. Dəmir azlığı mədə qanaxmalarının, xoranın, qastritin yaranmasına səbəb olan amildir.

Dəmir defisitliyi daha çox hamilə qadınlarda olur. Hamiləlik dövründə qadınlarda infeksion xəstəliklər çoxalır. Buna səbəb qanda dəmir defisitliyidir. Çünki bətndəki uşaq böyüdükcə ananın qanında olan vitaminlərə daha çox ehtiyac duyur. Nəticədə anada olan vitaminlər azalmağa başlayır. Bu da anemiyanın meydana gəlməsinə səbəb olur. Həddindən artıq dəmir azlığı hamiləliyin vaxtından tez pozulmasına səbəb ola bilər. Hamiləlik vaxtı anemiyaya qarşı müalicə aparılmasa, doğuşdan sonra həm anada, həm də körpədə bəzi infeksion xəstəlikləri ola bilər. Dəmir defisitli xəstələrə yumurta sarısı, balıq, ət, ciyər, quru meyvələr məsləhət görülür.

B12 vitamini anemiyası:

B12 vitamini çatızmazlığı mədədə B12 maddəsinin tükənməsi nəticəsində meydana gəlir. B12 vitamini qandakı qırmızı hüceyrələrin iliyə ötürülməsində böyük rol oynayır. Bəzi insanlar var ki, onlar ət məhsulları yemirlər. Qana B12 vitamini isə ət vasitəsilə keçir. B12 çatızmazlığı zamanı xəstənin barmaqlarının ucunda hissiyyatsızlıq, günü-gündən arıqlama, dilin şişməsi, dərinin rənginin solğunlaşması müşahidə olunur. Belə xəstələr tez-tez ürpənir.

Kişilərdə anemiya

Anemiya xəstəliyinə kişilərdə qadınlara nisbətən az rast gəlinir. Onlarda ancaq dəmir azlığı və B12 vitamini çatızmazlığı olur. Çünki kişilər qadınlara nisbətən daha vaxtlı-vaxtında qidalanırlar.
Anemiyanın müalicəsi qidadan asılıdır. Hər anemiya növünün xüsusi qida rasionu mövcuddur. Hər anemiyanın müxtəlif müalicə növü vardır. Anemiyanın müalicəsi 6 ya da 12 ay davam edir. 

Anemiyanın qarşısını almaq üçün…

Bunun üçün ev şəraitində özünüzü türkəçarə yollarla müalicə edə bilərsiniz.
Kofe, kakao və bitki çaylarının tərkibində dəmir olur. Buna görə də dəmir azlığı anemiyası olanlara bunlardan tez-tez istifadə etmələri məsləhət görülür.

1 stəkan tomat şirəsinə bir xörək qaşığı bal qatıb, gündə bir dəfə qəbul edirsən. 
                             
Yeməkdən əvvəl gündə üç dəfə itburnu dəmləməsi için. 
                            
Cavan gicitkan bitkisindən şi (borş) bişirib yeyin.
                       
Böyürtkən, moruq, çiyələk qandakı hemoqlobinləri artırır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR