Bakı, 19 dekabr, AZƏRTAC
İcbari Sığorta Bürosunun (İSB) növbəti iştirakçı sığortaçısı Yaşıl Kart sığortaçılarının Reyestrinə daxil edilib.
İSB-dan AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Sənaye Sığorta” ASC dekabrın 18-də Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların Reyestrinə daxil edilib.