Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsinlər:
Qasımov Nazim Akif oğlu
Mustafina Saniyə Əbdülrəhman qızı".
Milli.Az