"Çelsi" klubuna yeni baş məşqçi təyin olunub

"Çelsi" klubuna yeni baş məşqçi təyin olunub
18:27 19 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Qus Hiddink İngiltərənin "Çelsi" futbol klubuna baş məşqçi təyin olunub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hollandiyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanılıb. 
Hiddink bu vəzifədə Joze Mourinyonu əvəzləyib. O, "Stemford Bric"ə qayıtdığı üçün sevindiyini bildirib: "Çelsi" dünyanın ən güclü klublarındandır. Bu komanda hazırda öz yerində deyil. Amma inanıram ki, vəziyyəti düzəldə biləcəyik. Böyük klubda oyunçular və digər əməkdaşlarla birgə işə başlayacağımız günü, xüsusən, "Çelsi" azarkeşləri ilə gözəl münasibətlərin bərpasını səbirsizliklə gözləyirəm". 
Qeyd edək ki, Qus Hiddink 2009-cu ildə də "Çelsi"də çalışıb. "Zadəganlar" onun rəhbərliyi altında İngiltərə Kubokunu qazanıblar. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/celsi-klubuna-yeni-bas-mesqci-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR