Bəhmən Həsənov: "Quldarlıq dövrü də artıq keçdi"

Bəhmən Həsənov: "Quldarlıq dövrü də artıq keçdi"
18:32 19 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

"Sumqayıt" - "Rəvan" (3:3) matçından sonra qonaqların baş məşqçisi Bəhmən Həsənov mətbuata açıqlama verib. Goal.az xəbər verir ki, Həsənov hakimlərdən kəskin narazılığını bildirib:

"Biz bu gün qəhrəman kimi çıxdıq meydançaya və meydançanı qəhrəman kimi də tərk etdik. Hesabdan aslı olmayaraq, komandamdan razıyam. Halal olsun uşaqlara ki, bütün tapşırıqları yerinə yetirdilər. Buraxılan qollardan sonra həvəsdən düşmədilər və sona kimi vuruşdular. "Rəvan" həmişə yaşayıb, həmişə də yaşayacaq. Amma nə olacaq bunun sonu, keçən il Məmmədov, Cabbarov, indi də belə. Bir dəfə yazmırsız siz (jurnalistləri nəzərdə tutur). Ancaq yazırsız ki, filan şey belə oldu, filan şey elə oldu. Heç məni də yaxşı tanımırsız. Bir dəfə də olsun üz-üzə əyləşib söhbət eləməmişik belə. Heç birmirsiz mən kiməm, nəçiyəm, haranı bitirmişəm. Yazırsız "admı var, nəyi var". Boş söhbətlərdir hamısı. Yazın da, belə şeylərdən yazın. Haranı açırsan, məndən yazırsız. Belə şeylərdən yazın da. Qoy güclü qalib gəlsin də, sağlam mübarizə olsun da. Onsuz da komandamız gec yığılıb, problemlər aşıb-daşır. Belə olaylar da bir yandan. Kritik durumdur. Mən xatırlayıram 80-ci illərdəki mən oynadığım futbolu, qaranlıq düşüb, 105-ci dəqiqədə oyun bitib. Biz hansı dövrdə yaşayırq? Quldarlıq dövrü də keçdi artıq. Amma biz hələ bu cür haqsızlıqlarla qarşılaşırıq. Neçə vaxt idi, "Rəvan" heç kimin yadına düşmürdü. Amma son 3 turda ancaq sıxırlar bizi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR