Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-20-də “ISR Plaza”da Yeni ilə aid əl işləri satış-sərgisi keçirilir.
Sərginin təşkilatçıları Ella Bağırova və Vəfa Cəlilova AZƏRTAC-a bildiriblər ki, sərgidə polimer gildən, Murano şüşəsindən, kağızdan, şokoladdan, sabundan, ağacdan düzəldilmiş əl işləri təqdim olunub. Təşkilatçılar deyiblər: “Öz yaxınlarını Yeni ildə sevindirməyin ən yaxşı yolu onlara gözəl, məxsusi hədiyyə verməkdir. Sərgimizdə arzu edən hər kəs öz ürəyincə məmulat tapa bilər”.