Azərbaycan çempionunun potensial rəqibləri

Azərbaycan çempionunun potensial rəqibləri
18:41 19 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 2016/17 mövsümünün 11 iştirakçısı artıq müəyyənləşib.

ANS PRESS-in məlumatına görə, qitənin bir nömrəli klub turnirində iştirak edəcək 11 komandadan 2-si I, 9-u II təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Çempionlar Liqasında iştirakı dəqiqləşən Estoniyanın "Flora" (Tallinn) və Farer adalarının "B36 Torshavn" klubları mübarizəyə ilk mərhələdən start verəcək. Belarusun BATE, İsveçin “Norçepinq”, Norveçin “Rusenborq”, Qazaхıstanın “Astana”, Finlandiyanın SJK, İslandiyanın “Hafnarfyordur”, İrlandiyanın “Dandalk”, Litvanın “Jalgiris” və Latviyanın “Skonto” klubları isə II təsnifat mərhələsinə vəsiqə əldə edib.


BATE klubu

Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında ölkə çempionu təmsil edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR