Amerikada təcrübə keçmiş ingilis dili müəllimləri bir araya gəliblər

Amerikada təcrübə keçmiş ingilis dili müəllimləri bir araya gəliblər
18:48 19 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) ABŞ Təhsilli Azərbaycanlı Məzunların Birliyi (AAA) və Bakı Amerika Mərkəzinin əməkdaşlığı çərçivəsində, TEA/PİE proqramları üzrə Amerikada təcrübə keçmiş ingilis dili müəllimlərinin “Leading the Way” adlı konfransı keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, konfransda layihə rəhbəri Təranə Əliyeva bildirib ki, konfrans Azərbaycanda ingilis dili tədrisinin keyfiyyətini artırmaq məqsədi ilə respublika üzrə Təhsildə Keyfiyyət və Nailiyyət (TEA) proqramı məzunlarını və ingilis dili müəllimlərini bir araya gətirib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Emi Peterson ingilis dilinin peşəkar biliciləri arasında olmaqdan qürur hissi keçirdiyini diqqətə çatdırıb. Beynəlxalq məsələlər üzrə karyerasını Azərbaycanda başladığını deyən E.Peterson burada peşəkar ingilis dili müəllimlərinin olduğunu söyləyib.
ADU-nun rektor əvəzi, professor Dünyamin Yunusov qonaqlara bu ali təhsil müəssisəsində xarici dil müəllimləri, tərcüməçilər, regionşünaslıq və beynəlxalq münasibətlər üzrə mütəxəssislər yetişdirildiyini deyib. O, ADU-da bakalavr və magistr pillələrində tədris prosesi, tədqiqat işləri, təhsil siyasəti haqqında məlumat verib.
Bölmə iclaslarında ABŞ-da təcrübə keçən və digər proqramlarda fəal iştirak edən müəllimlərin ingilis dilində təqdimatları olub. Təqdimatlarda ingilis dilinin tədrisinə müasir yanaşmanı əks etdirən mövzuları əhatə edən dərs nümunələri nümayiş etdirilib.
Kiyevdən internet vasitəsilə iclasa qatılan Amerika Dövlət Departamentinin ingilis dilinin tədrisi proqramları üzrə regional mütəxəssisi Kevin Makkoy interaktiv üsullardan istifadə etməklə ingilis dilinin tədrisi haqqında təqdimatla çıxış edib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amerikada_tecrube_kechmis_ingilis_dili_muellimleri_bir_araya_gelibler-912739

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR