"Bavariya"nın növbəti baş məşqçisi Karlo Ançelotti olacaq

Yaxın günlərdə "Bavariya"nın Karlo Ançelotti ilə anlaşdığı rəsmən bəlli olacaq. Bu haqda "The Guardian" məlumat yayıb.

Pep Qvardiola Münhen klubunu tərk edəcəyi ilə bağlı qərarını açıqladıqdan sonra Ançelottinin yeni baş məşqçi olacağı mətbuat konfransında ictimaiyyətin nəzərinə çatdırılacaq. Xəbərə görə, italyan mütəxəssis və "Bavariya" arasındakı anlaşma 3 il müddətinə nəzərdə tutulacaq.

Pep Qvardiolanın karyerasını İngiltərədə davam etdirəcəyi bildirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR