Əliyevlə Sarkisyanın gəldiyi ortaq nöqtə

Əliyevlə Sarkisyanın gəldiyi ortaq nöqtə
19:01 19 Dekabr 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Ermənistan prezidentləri Minsk qrupu formatına sadiqliklərini təsdiq ediblər.

ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın İsveçrənin Bern şəhərində keçirilən görüşünün yekununa dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda yer alıb.

"Prezidentlər nizamlama danışıqlaranın davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərini təsdiq ediblər",- deyə ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir.

"Prezidentlər bu yaxınlardakı gərginliyin artmasını müzakirə ediblər və ağır texnikanın işlədilməsi ilə qurbanların, xüsusilə də mülki şəxslər arasında qurbanların olması barədə narahatlıq bildiriblər. Prezidentlər həmsədrlərin təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması ilə bağlı cari təkliflərini, o cümlədən araşdırmanın aparılması mexanizmini dəstəkləyiblər. Prezidentlər qarşılıqlı fəaliyyət göstərməyin davam etdirilməsini təsdiqləyərək, Minsk Qrupu formatına sadiq olduqlarını bildiriblər", - deyə bəyanatda vurğulanır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367701

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR