Bakı, 19 dekabr, Nihad Budaqov, AZƏRTAC
Dünyanın ən böyük xam neft istehsalçılarından olan Rusiyanın bu ilin 11 ayında Asiya ölkələrinə ixrac etdiyi neftin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 23 faiz artıb.
AZƏRTAC “euronews.com”a istinadla xəbər verir ki, Rusiya yeni neft kəmərlərinin köməyi ilə Asiya bazarına ixrac etdiyi xam nefti gündəlik 1 milyon 300 min barrelə çatdırıb. Bununla da Rusiyanın dünyanın ən böyük neft bazarında 5 il əvvəl 4 faiz səviyyəsində olan neft payı 7 faizə çatıb. Həmçinin, Rusiya İranın əvəzinə bu bazarın ən böyük beş tədarükçüsü sırasına daxil olub.