Sumqayıtlı yazıçı-publisist oxucularla görüşüb

Sumqayıtlı yazıçı-publisist oxucularla görüşüb
20:13 19 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 19 dekabr, AZƏRTAC 
Dekabrın 19-da Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxanasında Sumqayıt hadisələrinin tədqiqatçısı, yazıçı-publisist Eyruz Məmmədovla görüş keçirilib.
Şəhər mədəniyyət və turizm idarəsindən AZƏRTAC–a bildiriblər ki, görüşdə ziyalılar, jurnalistlər və tələbələr iştirak ediblər. E.Məmmədov Sumqayıt hadisələrinin tədqiqatı və müasir ədəbiyyatımızın problemləri ilə bağlı görüş iştirakçılarının suallarını cavablandırıb.
Sonda oxuculara müəllifin imzası ilə kitablar hədiyyə edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR