Kia Optima daha qənaətcil oldu - FOTO

Kia Optima daha qənaətcil oldu - FOTO
20:17 19 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Kia" şirkəti yeni nəsil sedan "Optima"-nın hibrid versiysını təqdim etdi. Cənubi Koreyada avtomobil "K5" adı ilə satılacaq. Hibrid qurğunun tərkibinə dörd silindrli 2,0 litrlik GDI mühərriki daxil olub.

Milli.Az auto.az-a istinadən bildirir ki, mühərrikin gücü 156 a.g. və 189 Nm fırlanma anı təşkil edir. Aqreqat 52 a.g. verən elektrik mühərriki ilə birgə işləyir. Avtomobil 6-pilləli avtomatik sürət qutusu əldə edib.

"Optima" hibrid modifikasiya adi versiyadan fərqli bamperlər, yeni radiator barmaqlığı, həmçinin 16 və 17-düymlük yüngül lehimli disklərlə fərqlənir. Xatırladaq ki, hazırda "Kia" universal banında "Optima" modeli hazırlamaqla məşğuldur.

Avtomobilin Avropada satışı gələn il başlayacaq. Yenilik Cənubi Koreyada zavodda yığılacaq.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/382385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR