Tələbələr arasında coğrafiya olimpiadası başa çatıb

20:43 19 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Hacı Zeynalabdin Şirvani ilə Azərbaycan coğrafiyası olimpiadası” layihəsinin final mərhələsi keçirilib.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi tələbələr arasında Azərbaycan coğrafiyasına marağın artırılması, bu sahə üzrə yeni biliklərin əldə edilməsidir.
Olimpiadanın yarımfinalında yarışan doqquz ali təhsil müəssisəsinin hər biri üzrə ən yaxşı nəticə göstərən iki komanda finalda mübarizə aparıb. Gərgin yarışmanın sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Storm” və “Tornado”, Azərbaycan Dövlət İqtisad Universitetinin “Unec” komandaları müvafiq olaraq ilk üç sırada qərarlaşıblar.
İlk üç yerin sahiblərinə hədiyyələr, medal və kuboklar təqdim edilib. Olimpiadanın bütün iştirakçılarına isə sertifikatlar və hədiyyələr verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR