2015-ci ilin noyabrı Yer kürəsində rekord müəyyən edib

20:48 19 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
ABŞ meteoroloqları bildirirlər ki, 2015-ci ilin noyabrı müşahidələrin aparıldığı 136 il ərzində ən isti ay olub. Bu informasiyanı ABŞ Okeanların və Atmosferin Tədqiqi Milli İdarəsi yayıb.
AZƏRTAC “Letnews.ru” saytına istinadla xəbər verir ki, noyabrda quruda orta temperatur ötən əsrdə olduğundan 1,75 dərəcə yüksək olub. Bu göstərici 2013-cü ilin noyabrında müəyyən olunmuş əvvəlki rekordu 0,27 dərəcə üstələyib. NASA-dan bildiriblər ki, noyabrda okeanın səthinin temperaturu XX əsrin orta göstəricilərini 1,15 dərəcə üstələyib, 2014-cü ilin rekordunu isə 0,36 dərəcə geridə qoyub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR